“Qarabağ” cavab oyununa çıxır

“Qarabağ” cavab oyununa çıxır
  18 İyul 2017    Oxunub:1942
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
AzVision.az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” da cavab oyununa çıxacaq.

Təmsilçimiz səfərdə Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq. Bakıda keçirilən ilk oyunda “Qarabağ” rəqibini 5:0 hesabı ilə məğlub etmişdi. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

18 iyul

Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00. “Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan)
Tiflis. Boris Payçadze adına “Dinamo Arena”


AzVision.az


Teqlər: "Qarabağ"   ÇL  





Xəbər lenti