“Taxt Oyunları”dan yeni rekord – Seriyanı 16,1 milyon izlədi

“Taxt Oyunları”dan yeni rekord – Seriyanı 16,1 milyon izlədi
  18 İyul 2017    Oxunub:4877
Taxt oyunları (Game of Thrones) serialının 7-ci mövsümünün ilk seriyası ABŞ televiziya tarixində yeni bir rekorda imza atıb. AzVision.az xəbər verir ki, yeni mövsümün ilk seriyası həm serial tarixində, həm də pullu kabel kanalları tarıxındə ən uğurlu epizod olub.
“Əjdaha daşı” adlı seriyanı televiziya vasitəsilə 10,1 milyon insan izləyib. Əgər leqal-internet platformalar, kanalın firma qurğularında təkrar baxışlar da nəzərə alınsa onda bu rəqəm 16,1 milyona qədər yüksəlir. Bu göstərici ötən mövsümün ilk seriyasında qeydə alınan rəqəmdən 50% çoxdur.

“Taxt Oyunları” serialının yeddinci mövsümü ilin ən çox gözlənilən premyeralarından idi. Film çəkilişləri ilə bağlı serialı yayımlayan kanal ənənəvi olaraq payızda nümayiş olunan layihənin vaxtını yayın ortasına keçirib.

Ümumilikdə yeni seriyaya 2,4 milyon tvit həsr olunub və layihə tarixində ən yaxşı göstəricidir.

Bundan əlavə “Taxt Oyunları” sonuncu mövsümü HBO tarixində ən yaxşı izləyici göstəricisi olaraq da rekord vurub. Belə ki, altıncı mövsümün hər bir bölümünü orta hesabla 23,3 milyon insan izləyir.

Taxtların Oyunu - Amerika istehsalı olan fentezi və dram janrlı teleserialdır. Serial ABŞ-da 2011-ci ildə HBO kanalında nümayişə başladı. Başladığı vaxtdan etibarən qısa vaxtda böyük maraq yaradan serial tez bir zamanda dünyanın müxtəlif ölkələrində nümayiş olunmağa başladı. Bu serial Corc Martinin fantastik əsəri olan "Buz və Alovun Nəğməsi"nin motivləri əsasında hazırlanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Game-Of-Thrones   Taxt-Oyunları  





Xəbər lenti