“Fatih Terimlə 5-10 illik razılaşmışıq”

 “Fatih Terimlə 5-10 illik razılaşmışıq”
  07 Sentyabr 2013    Oxunub:1399
“Əvvəlcə Türkiyə, daha sonra futbol klubları”
Türkiyə Futbol Federasiyasının baş katibi Emre Alkın Qalatasaray komandasının baş məşqçisi Fatih Terimin uzun müddət Türkiyə yığmasına baş məşqçilik edəcəyini deyib. AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Fatih Terimin Türkiyə millisindəki gələcəyindən danışan Emre Alkın deyib ki, onunla 4-5 oyun üçün deyil, 5-10 illiyə razılaşmışıq:

“Əvvəlcə Türkiyə, daha sonra futbol klubları. Düşünürəm ki, həm Qalatasaray, həm də Fatih Terim bu fikirlə razılaşar”.
Qeyd edək ki, Fatih Terimin may ayında Türkiyıə millisindəki işini başa vuracağı və təkcə Qalatasaraya baş məşqçilik edəcəyi gözlənilirdi.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti