“Qarabağ”ın rəqibi məlum oldu

  19 İyul 2017    Oxunub : 2421
“Qarabağ”ın rəqibi məlum oldu
Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə yekun vurulub.
Azərbaycanlı futbolsevərlərin diqqəti Albaniyaya yönəlib. Bu ölkənin çempionu öz meydanında Moldova "Şerif"ini sınağa çəkib.

Matç "Kukesi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ancaq bu qələbə Albaniya klubuna bəs etməyib. İlk oyunda 1:0 hesabı ilə qalib gələn "Şerif" səfər matçında vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib və III təsnifat mərhələsində "Qarabağ"a rəqib olub.

AzVision.az

Teqlər: Qarabağ