Klublarımız cavab oyununa çıxır

Klublarımız cavab oyununa çıxır
  20 İyul 2017    Oxunub:1443
Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
AzVision.az xəbər verir ki, Azərbaycan təmsilçiləri də cavab oyununa çıxacaq. “Qəbələ” səfərdə Polşanın “Yagelloniya” klubunun qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə 1:1 hesabı qeydə alınıb.

Digər təmsilçimiz “İnter” Lüksemburqda meydana çıxacaq. Bakılılar səfərdə “Fola” ilə görüşəcək. Bakıda keçirilən ilk oyunda "İnter" 1:0 hesabı ilə qalib gəlmişdi.

“Zirə” ev oyununda Rumıniyanın "Astra" klubu ilə qarşılaşacaq. Bu komandalar arasında ilk görüşdə "Astra" klubu 3:1 hesabı ilə qalib gəlmişdi.

AzVision.az


Teqlər: Futbol   AvropaLiqası  





Xəbər lenti