“Qarabağ”-“Şerif” oyununun təyinatları açıqlanıb

  22 İyul 2017    Oxunub : 807
“Qarabağ”-“Şerif” oyununun təyinatları açıqlanıb
Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam)–“Şerif” (Moldova) oyununun təyinatları açıqlanıb.
AzVision.az kluba istinadla xəbər verir ki, qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sergey Tsinkeviç olacaq. Ona həmyerliləri Yevgeni Romanov və Vitali Malyutin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Şumusik yerinə yetirəcək.

Hakimlərin işinə bolqarıstanlı İçko Lozev qiymət verəcək. Matçın UEFA nümayəndəsi qazaxıstanlı Kuaniş Kanapyanov olacaq.

Qeyd edək ki, iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

AzVision.az

Teqlər: Qarabağ