Qadın boksçularımız 3 medal qazanıb

Qadın boksçularımız 3 medal qazanıb
  24 İyul 2017    Oxunub:1807
Dağıstanda kişi və qadın boksçular arasında beynəlxalq turnir keçirilib.
Yarışda qadın boksçulardan ibarət Azərbaycan millisinin üzvləri də güclərini yoxlayıblar.

"Rabitə" klubunun heyətində çıxış edən xanım idmançılarımız turniri 1 qızıl və 2 bürünc medalla başa vurublar. Belə ki, millimizin liderlərindən Məryəm

Cəbrayılova bütün rəqiblərindən güclü olub. 69 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz həlledici görüşdə yerli idmançıya qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarımfinala kimi irəliləyən Viktoriya İsmayılova və Aytən Rzayeva (hər ikisi 51 kq) isə bürünc medalla kifayətləniblər.

AzVision.az


Teqlər: Boks  





Xəbər lenti