"Qarabağ" Çempionlar Liqasında növbəti oyuna çıxır

"Qarabağ" Çempionlar Liqasında növbəti oyuna çıxır
  25 İyul 2017    Oxunub:1600
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
AzVision.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” bu mərhələdə növbəti oyununa çıxacaq.

Ağdam təmsilçisi öz meydanında Moldovanın “Şerif” klubunu qəbul edəcək. Oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək. Təmsilçimiz buna qədər III təsnifat mərhələsini keçə bilməyib. Bu dəfə isə “Qarabağ”ın yeni tarix yazmağa şansı var.

25 iyul

Çempionlar Liqası

21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu


AzVision.az


Teqlər: "Qarabağ"   ÇL  





Xəbər lenti