
EMİN: "Bu gün çox möhtəşəm gecə olacaq"
Filip Kirkorov qırmızı xalı üzərindən keçərkən aparıcılar ondan “Jara”ya niyə gec gəldiyinin səbəbini soruşublar. O, sualı belə cavablandırıb: “Diqqətimi festivalın əsas gecəsinə - Alla Puqaçovanın gecəsinə toplayırdım”. Alla Puqaçovanı virtuoz sənətçi adlandıran Filip Kirkorov onun ifasının bənzərsizliyini, mahnılarının illər boyu sevilə-sevilə dinlənildiyini vurğulayıb.

Festivalın digər iştirakçısı Alessandro Safina Azərbaycan paytaxtına bir neçə dəfə gəldiyini, Bakının gözəl və füsunkar şəhər olduğunu, onu daim özünə cəlb etdiyini deyib.
Qırmızı xalı üzərindən son olaraq EMİN keçib: O, “Jara”da bu gün çox möhtəşəm gecə yaşanacağını, sürprizlərlə zəngin olan konsertin Alla Puqaçova sənətini sevənlərin yaddaşında silinməz izlər qoyacağını qeyd edib. (AzərTAc)
AzVision.az