AzVision.az"> AzVision.az">

Neymar "Barcelona"nı tərk edir

Neymar "Barcelona"nı tərk edir
  02 Avqust 2017    Oxunub:2116
Barcelona futbol klubunun hücumçusu Neymar Paris St-Germain (PSG) klubuna rekord, 222 milyon avroluq keçid üçün danışıqlara başlayacaq.
AzVision.az "BBC"-yə istinadən xəbər verir ki, braziliyalı hücumçu klub yoldaşlarına deyib ki, İspaniya klubunu tərk etmək istəyir. Bundan sonra Barcelona-nın baş məşqçisi Ernesto Valverde ona məşqdən yayınaraq "gələcəyini həll etməyə" icazə verib.

PSG-nin futbolçuya 222 milyon avro ödəməyə hazır olduğu bildirilir. Neymar 2013-cü ildə Braziliyanın Santos klubundan Barcelona-ya 54 milyon avroya transfer olunub. O, 2016-cı ildə 24 qat İspaniya çempionu ilə beş illik müqavilə imzalayıb.

Futbolçunun nümayəndəsi Wagner Ribeiro keçən il bildirmişdi ki, Fransa klubu Neymara həftəlik vergisiz 726 000 avro təklif edib. Hücumçunun Manchester United-ə keçməyə yaxın olduğu da deyilirdi.

Neymar Barcelona-nın heyətində 105 qola imza atıb. O, klubla birgə iki dəfə liqa çempionu və bir dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.




Teqlər: AzVision.az" href="/tag/AzVision.az" style="color: #1955a5;"> AzVision.az  





Xəbər lenti