Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu

Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu
  03 Avqust 2017    Oxunub:2215
Rumıniyalı mütəxəssis Mirça Luçesku futbol üzrə Türkiyə millisinin baş məşqçisi təyin edilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Luçesku ilə rəsmi müqavilə bağlanıb.

Müqavilənin şərtlərinə əsasən rumıniyalı məşqçi 3 il Türkiyə millisini çalışdıracaq. Luçesku Türkiyə millisində illik 2.5 milyon avro qazanacaq.

Qeyd edək ki, Mirça Luçesku bundan əvvəl Türkiyənin “Qalatasaray” və “Beşiktaş” klublarında çalışıb.

AzVision.az




Teqlər: Türkiyə   Milli   Luçesko  





Xəbər lenti