"Qarabağ"ın ÇL-dakı rəqibi məlum oldu

"Qarabağ"ın ÇL-dakı rəqibi məlum oldu
  04 Avqust 2017    Oxunub:3812
Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
AzVision.az-ın məlumatına görə, turnirdə mübarizəni davam etdirən Azərbaycan çempionu “Qarabağ”ın rəqibi bəlli olub.

Tarixində ilk dəfə ÇL-in pley-offunda çıxış edəcək Qurban Qurbanovun komandası qruplarda mübarizəni davam etdirmək üçün "Kopenhagen" səddini keçməlidir. "Qarabağ" ilk oyununu Bakıda keçirəcək.

Qeyd edək ki, bu mərhələnin oyunları avqustun 15-16-da, cavab görüşləri isə 22-23-də keçiriləcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Qarabağ   Çempionlar-Liqası  





Xəbər lenti