"Rəqibimizin gücü bəllidir, amma şansımız var" - Qurban Qurbanov

"Rəqibimizin gücü bəllidir, amma şansımız var" - Qurban Qurbanov
  04 Avqust 2017    Oxunub:2011
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri “Kopenhagen” klubu haqqında fikirlərini bildirib.
AzVision.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytına açıqlama verən Q.Qurbanov şanslarından maksimum istifadə etməyə çalışacaqlarını deyib:

“5 potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik, bu baxımdan “Kopenhagen” istisna deyildi. Rəqibimizin gücü bəllidir, vaxtımız azdır, istənilən halda şansımız var və şansımızdan istifadə etməyə çalışacağıq. Buna baxmayaraq, rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq”.

Qeyd edək ki, “Qarabağ” ilk oyununu avqustun 15-də Bakıda, cavab görüşünü isə avqustun 22-də səfərdə keçirəcək.

Kənan Məmmədov
AzVision.az




Teqlər: Qarabağ   Çempionlar-Liqası  





Xəbər lenti