“Qarabağ”ın oyununun dəqiq vaxtı açıqlandı

  04 Avqust 2017    Oxunub : 1165
“Qarabağ”ın oyununun dəqiq vaxtı açıqlandı

“Qarabağ” komandasının futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarka çempionu “Kopenhagen” klubu ilə keçirəcəyi oyunların tarixləri müəyyənləşib.

AzVision.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu komandalar arasında ilk görüş avqustun 15-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Cavab matçı isə avqustun 23-də Kopenhagen şəhərindəki “Telia Parken” stadionunda oynanılacaq.

AzVision.az

Teqlər: Qarabağ   ÇL   Kopenhagen