Emin Sabitoğlunun 80 illik yubileyi keçiriləcək

Emin Sabitoğlunun 80 illik yubileyi keçiriləcək
  05 Avqust 2017    Oxunub:3718
Prezident İlham Əliyev Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
2017-ci ilin noyabr ayında görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Emin Sabitoğlunun (Emin Sabit oğlu Mahmudovun) anadan olmasının 80 illiyi tamam olur.

Emin Sabitoğlu rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi milli-mədəni ənənələr zəminində yüksələn və müasir musiqinin nailiyyətlərindən uğurla bəhrələnərək Azərbaycanın mədəniyyət salnaməsini zənginləşdirən şəxsiyyətlərdəndir. Bəstəkar sözlə nəğmənin ahəngdar vəhdətində mahnı janrının nadir incilərini meydana gətirmiş, çox sayda kinofilmlər və teatr tamaşaları üçün yazdığı yaddaqalan melodiyalarla unudulmaz bədii lövhələr yaradıb.

Sərəncamda qeyd olunub ki, milli musiqi mədəniyyətinin inkişafına layiqli töhfələr vermiş görkəmli bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Emin-Sabitoğlu  





Xəbər lenti