ABŞ-ın sanksiyaları Ermənistanı da vuracaq

ABŞ-ın sanksiyaları Ermənistanı da vuracaq
  06 Avqust 2017    Oxunub:4221
ABŞ-ın Rusiyaya qarşı qəbul etdiyi sanksiyalar təkcə bu ölkəyə deyil, həm də Ermənistana ünvanlanıb.
AzVision.az xəbər verir ki, bu haqda "Amerikanın Səsi" radiosuna müsahibəsində Atlantika Şurasının analitiki Con Herbst bildirib.

Herbst, Rusiya iqtisadiyyatında baş verəcək qaçılmaz böhranın eyni zamanda yeni sanksiyaların tətbiq edilməsini izləyəcəyini bildirməklə yanaşı, bu prosesin bilavasitə Ermənistan iqtisadiyyatına təsir edəcəyini qeyd edib.

"Ermənistan, Qazaxıstan və Avrasiya İqtisadi Birliyinin digər üzvləri üçün mənfi nəticələrin öncədən düşünülməməsi mümkündür və bu, üzücüdür."

Erməni politoloq Qevorq Melikyanın sözlərinə görə, Ermənistan Rusiya iqtisadiyyatından asılıdır və rus iqtisadi böhranının mənfi təsirləri bu ölkə üçün qaçılmazdır.

"İdxal məsələləri və transferlər haqqında danışarkən bu prosesin Ermənistana birbaşa təsiri var"- Melikyan deyib.

Daha bir erməni politoloq, Suren Sarkisyan da sanksiyaların Rusiyaya qarşı qəbul olunmasına baxmayaraq, bu qərarın Ermənistana da təsir edəcəyinə əmin olduğunu söyləyib: "Sanksiyalar Ermənistana birbaşa təsir göstərməsə də, Rusiya üçün birinci iqtisadi tərəfdaş olan Ermənistana bilavasitə təsirləri olacaq."

Pentaqonun keçmiş analitiki, Amerika Sahibkarlıq institutunun baş mütəxəssisi Maykl Rubin də deyilənləri təsdiqləyib və Ermənistan üçün daha dəhşətli proqnoz verib. O, qeyd edib ki, qəbul edilən sanksiyalar əsasən Rusiyanın neft sənayesi sahələrinə aiddir.

Analitik, prosesin bilavasitə Ermənistana təsir etmə imkanları ilə yanaşı onun daha dəhşətli nəticələrə gətirib çıxarmasını vurğulayıb.

"ABŞ və Rusiya arasında artan gərginlik Cənubi Qafqazda heç bir ölkənin maraqlarından ortaya çıxmayan geniş miqyaslı ticarət müharibəsinə çevrilə bilər."

Rubin yaranan gərginlik səbəbiylə Rusiyanın öz blokunda olan ölkələrdən Qərblə əlaqələrini məhdudlaşdırmağı tələb edəcəyini diqqətə çatdırıb.

"Belə ki, Rusiya qonşularından onun apardığı siyasəti izləməyi və bu yöndə istiqamətlənməyi tələb edilə bilər. Bu halda Ermənistan özünü çətin vəziyyətdə tapa bilər".

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sanksiya   Rusiya   ABŞ  





Xəbər lenti