Patrisiya Kaas Bakıda konsert verəcək

Patrisiya Kaas Bakıda konsert verəcək
  10 Avqust 2017    Oxunub:2751
Dünya şöhrətli fransız müğənni Patrisiya Kaas Bakıda konsert verəcək.
Konsert oktyabrın 18-də Heydər Əliyev Sarayında olacaq.

Patrisiya Kaasın 1988-ci ildə buraxılan “Mademuazel oxuyur” adlı ilk albomu müğənniyə Fransa, Belçika, İsveçrə, Almaniya, Avstriya və digər ölkələrdə böyük şöhrət gətirib.

Onun uğur qazanmasının bir səbəbi də daim qastrolda olmasıdır. Xatırladaq ki, Patrisiya Kaas 2014-cü ildə Bakıda da konsert verib. (AzərTAc)

AzVision.az


Teqlər: Patrisiya-Kaas  





Xəbər lenti