"Qarabağ" - "Kopenhagen" oyununun biletləri satışa çıxarılır

  09 Avqust 2017    Oxunub : 6818
"Qarabağ" - "Kopenhagen" oyununun biletləri satışa çıxarılır

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix məlum olub.

Azarkeşlər avqustun 12-dən etibarən biletləri matçın təşkil olunacağı Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə edə biləcəklər.

Biletlərin qiyməti sektorlara görə 1, 2, 3, 5 və 10 manat, VİP sektoruna isə 50 manat olacaq.

Avqustun 15-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 21:00-da başlayacaq.

AzVision.az

Teqlər: Qarabağ   Kopenhagen