Arda Turan Ramili təbrik etdi - Foto

  11 Avqust 2017    Oxunub : 2722
Arda Turan Ramili təbrik etdi - Foto

İspaniyanın "Barselona" klubunun türkiyəli futbolçusu Arda Turan azərbaycanlı atlet Ramil Quliyevi dünya çempionu olması münasibətilə təbrik edib.

AzVision.az-ın məlumatına görə, Arda Turan sosial şəbəkədə Ramilin fotosunu "Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı” qeydi ilə paylaşıb.

Qeyd edək ki, Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanıb. Ramilin qələbəsi Türkiyədə böyük sevinclə qarşılanıb. Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan və digər dövlət məmurları azərbaycanlı idmançını qazandığı qələbə münasibətilə təbrik ediblər.



Kənan Məmmədov
AzVision.az

Teqlər: Arda-Turan   Ramil-Quliyev