“Qarabağ” - “Kopenhagen” oyunu italiyanlara tapşırılıb
Baş hakim Paolo Talyaventoya Alessandro Calyatini və Alessandro Kostantso yan xətt, Massimiliano İrrati və Antonio Damato əlavə köməkçi, Filippo Meli isə dördüncü hakim qismində yardım edəcəklər. Hakim-inspektor avstriyalı Frits Stuxlik, UEFA nümayəndəsi bolqarıstanlı Andrey Medintsev olacaq.
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev isə hakimlərlə əlaqələndirici funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçı saat 20:00-da başlanacaq.
AzVision.az
Teqlər: Qarabağ Kopenhagen