"El-Klassiko"nu "Real" qazandı - VİDEO

"El-Klassiko"nu "Real" qazandı - VİDEO
  14 Avqust 2017    Oxunub:2673
Avqustun 13-də “Kamp Nou” stadionunda keçirilən "El Klassiko"da "Real Madrid" komandası "Barselona"nı 3:1 hesabı ilə məğlub edib.
Oyunun ilk yarısında hesab açılmayıb. Matçın 50-ci dəqiqəsində madridlilər hesabda irəli çıxıblar. J.Pike avtoqola imza atıb. Hücumlarının sayını artıran "Barselona" görüşün 77-ci dəqiqəsində istəyinə nail olub. Lionel Messi 11 metrlik cərimə zərbəsi ilə tarazlığı bərpa edib – 1:1. Bu qoldan üç dəqiqə sonra Kristiano Ronaldo komandasını hesabda irəli çıxardıb - 1:2.

Görüşün 82-ci dəqiqəsində Ronaldo qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırılıb.

Oyunda son nöqtəni isə 90 dəqiqədə Asensio qoyub. O, vurduğu qolla "Real Madrid"ə 3:1 hesablı qələbə qazandırıb.



AzVision.az


Teqlər: Real-Madrik   Barcelona  





Xəbər lenti