Ən yaxşı futbolçusu adına namizədlər

  15 Avqust 2017    Oxunub : 798
Ən yaxşı futbolçusu adına namizədlər
UEFA Avropada 2016/2017 mövsümünün ən yaxşı oyunçusu adına üç namizədi açıqlayıb.
AzVision.az-ın məlumatına görə, bunlar "Real"ın hücumçusu Kriştiano Ronaldo, "Barselona"nın hücumçusu Lionel Messi və"Yuventus"un qapıçısı Canluici Buffondur.

Avropanın ən yaxşı oyunçusunu adı avqustun 24-ü Monakoda keçiriləcək Çempionlar Liqasının püşkü zamanı açıqlanacaq.

Qeyd edək ki, qalib ötən mövsüm Çempionlar LiqasıAvropa liqasının qrup mərhələsində iştirak edən 80 klubun baş məşqçisi və Avropa İdman Mediasının seçdiyi 55 jurnalistin səsverməsinə əsasən müəyyənləşəcək.

Kənan Məmmədov
AzVision.az

Teqlər: ÇL