“Qarabağ” tarixi qələbə qazandı - VİDEO

“Qarabağ” tarixi qələbə qazandı -  VİDEO
  16 Avqust 2017    Oxunub:11770
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.
AzVision.az xəbər verir ki, Azərbaycanın futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında Danimarkanın “Kopenhagen” komandasını qəbul edib.

Görüş saat 20:00-da başlayıb.

***

Ağdam təmsilçisi oyunda hesabı açıb. Mahir Mədətovun 25-ci dəqiqədə vurduğu qolla "Qarabağ" önə çıxıb.

***

Oyunun ilk hissəsi təmsilçimizin 1:0 üstünlüyü ilə başa çatıb.

***

Qarşılaşmanın ikinci hissəsində Ağdam klubu üstün oyun nümayiş etdirib. Təmsilçimiz bir neçə dəfə real qol şansı əldə etsə də, yararlana bilməyib. Matç Mahir Mədətovun vurduğu yeganə qolla başa çatıb.

Bununla da doğma meydanda 1:0 qələbə qazanan "Qarabağ" Kopenhagenə üstün yollanacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.



AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti