"Qarabağ" nə qədər qazana bilər?

17:59   16 Avqust 2017    Oxunub: 7650
"Qarabağ" nə qədər qazana bilər?

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan hər bir qrup 12,7 milyon avro qazanacaq.

AzVision.az xəbər verir ki, klubun qrup mərhələsindəki hər qələbəsi ona əlavə olaraq 1,5 milyon avro, heç-heçə 500 min avro gətirəcək. Məğlubiyyətə görə bonus isə nəzərdə tutulmayıb.

Hər bir klub 1/8 finala çıxacağı zaman daha 6 milyon avro, 1/4 finala adladqda 6,5 milyon avro, yarımfinala çıxacağı təqdirdə 7,5 milyon avro qazanacaq.

Çempionlar Liqasının qalibi əlavə 15,5 milyon avro, finalçı 11 milyon avro əldə edəcək.

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında "Qarabağ" təmsil edir. "Qarabağ" Çempionlar Liqasının ilk "pley-off" matçında öz meydanında Danimarkanın "Kopenhagen" klubunu məğlub edib - 1:0. Cavab görüşü avqustun 23-də keçiriləcək.

AzVision.az

Teqlər: Çempionlar-Liqası    




Rubrikanın digər yazıları