Superkuboku "Real" qazandı - VİDEO

Superkuboku "Real" qazandı - VİDEO
  17 Avqust 2017    Oxunub:1838
İspaniya Superkubokunun cavab oyunu keçirilib.
"Real Madrid" "Santyaqo Bernabeu" stadionunda "Barselona" ilə qarşılaşıb.

Qarşılaşma "Real"ın 2:0 qələbəsi ilə başa çatıb. Qolların hər ikisi qarşılaşmanın birinci hissəsində vurulub. Matçın 4-cü dəqiqəsində Marko Asensio hesabı açıb. Oyunun 39-cu dəqiqəsində Kərim Benzema "Barselona"nı ikinci dəfə oyuna mərkəzdən başlamağı məcbur edib.

Bununla da "Real Madrid" növbəti dəfə İspaniya Superkubokunun qalibi olub.

Qeyd edək ki, ilk oyun avqustun 13-də Barselonada baş tutub və "Real"ın 3:1 qələbəsi ilə başa çatıb.



AzVision.az



Teqlər: İspaniya   Real-Madrid  





Xəbər lenti