Küveytli hakimlər Bakıya gəlir

Küveytli hakimlər Bakıya gəlir
  18 Avqust 2017    Oxunub:1333
Küveyt Futbol Assosiasiyası hakimlərin Bakıda təlim-məşq toplanışı keçməsinə şərait yaradılması lə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına müraciət edib.
AzVision.az AFFA-ya istinadən xəbər verir verir ki, müraciət əsasında avqustun 18-dən sentyabrın 6-dək Bakı Olimpiya Stadionunda küveytli hakimlərin toplanışı keçiriləcək.

Yerli fiziki hazırlıq məşqçisi tərəfindən aparılacaq məşqlərdən sonra test keçirilərək sertifikatlaşdırılacaq.

AzVision.az


Teqlər: AFFA  





Xəbər lenti