Cüdoçumuz ölkəmizə ilk qızıl medalı qazandırdı

  20 Avqust 2017    Oxunub : 739
Cüdoçumuz ölkəmizə ilk qızıl medalı qazandırdı

Tayvanın paytaxtı Taypey şəhərində keçirilən XXIX Ümumdünya Yay Universiadasının cüdo yarışlarına start verilib.

Azərbaycan Cüdo Federasiyasından AzVision.az-a verilən məlumata görə, Universiadanın ilk günü milli komandamız üçün uğurlu olub. Ölkəmizi 100 kiloqram çəki dərəcəsində təmsil edən Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək yarışın qalibi adına layiq görülüb. Cüdoçumuz müvafiq olaraq Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarını mübarizədən kənarlaşdıraraq qızıl medal qazanıb.

Taypeydə Azərbaycan cüdoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

AzVision.az

Teqlər: Cüdo   Çempion   Federasiya