Rusiya Suriyaya bomba yağdırdı - 200 ölü (VİDEO)

  21 Avqust 2017    Oxunub : 1976
Rusiya Suriyaya bomba yağdırdı - 200 ölü (VİDEO)

Rusiya Suriyadakı İŞİD mövqelərinə raket zərbələri endirib.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Rusiya Hərbi Hava Qüvvələri Suriyanın Deyr-əz-Zor şəhərinə gedən terrorçuların avtomobil karvanını bombalayıb.

Nəticədə 200-dən çox terrorçu məhv edilib. Eyni zamanda İŞİD qruplaşmasının 20-dən çox nəqliyyat vasitəsi sıradan çıxıb.



İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Rusiya   Suriya   İŞİD