"Qrup mərhələsində oynamağa şansımız var" - Qurban Qurbanov

"Qrup mərhələsində oynamağa şansımız var" - Qurban Qurbanov
  23 Avqust 2017    Oxunub:2386
"İlk oyundan sonra demişdim ki, cavab matçı daha çətin olacaq. İlk dəqiqələrdən rəqib pressinq edəcək və bu oyunda daha çox güc sərf etməliyik. Rəqib azarkeşlərin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacaq. Biz də bunun qarşısını almaq üçün meydana çıxacağıq"
Bunu UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində Danimarkanın “Kopenhagen” komandası ilə səfərdə qarşılaşacaq Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov bildirib.

“Avqustun 23-də bizi çətin oyun gözləyir. Qrup mərhələsində oynamağa şansımız var və bundan maksimum istifadə etməyə çalışacağıq”- Q.Qurbanov deyib.

Xatırladaq ki, Kopenhagen” - “Qarabağ” komandalarının Bakıda keçirilən ilk görüşü 1:0 hesabı ilə Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

AzVision.az


Teqlər: Qarabağ   Qurban-Qurbanov  





Xəbər lenti