Güləşçimiz dünya üçüncüsü oldu

Güləşçimiz dünya üçüncüsü oldu
  23 Avqust 2017    Oxunub:1654
Parisdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan idmançısı Elvin Mürsəliyev bürünc medal qazanıb.
AzVision.az xəbər verir ki, 80 kiloqram çəkidə mübarizə aparan E.Mürsəliyev Bolqarıstan idmançısına qalib gələrək dünya üçüncüsü olub.

Qeyd edək ki, Elvin Mürsəliyev ilk görüşdə Rusiya idmançısı, ikiqat Olimpiya çempionu Roman Vlasovu məğlub edib. Səkkizdəbir finalda Polşa təmsilçisi Edqar Babayanı vaxtından əvvəl mübarizədən kənarlaşdıran güləşçimiz növbəti görüşdə Mərakeş idmançısından üstün olub.

Yarımfinalda Belarus təmsilçisi Radzik Kulieu ilə gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, sonuncu xalı qazandığından qələbə rəqibə verilib.

AzVision.az


Teqlər: Güləş   Paris   Dünya-çempionatı  





Xəbər lenti