“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində - VİDEO

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində - VİDEO
  24 Avqust 2017    Oxunub:14810
Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Danimarkanın “Parken” stadionunda “Kopenhagen” komandası ilə görüşdə 1:2 hesabı ilə məğlub olsa da, Bakıdakı ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi üçün qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlib.



***
Danimarkada keçirilən “Qarabağ”- “Kopenhagen” oyununun ilk hissəsi başa çatıb. Rəqib oyunçunun 44-cü dəqiqədə vurduğu qolla komandamız fasiləyə məğlub yollanıb.

***
(22:46)

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq.

AzVision.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” həlledici oyuna çıxıb. Ağdam klubu səfərdə “Kopenhagen”-in qonağıdır.

Qeyd edək ki, çempionumuz ilk oyunda 1:0 hesablı qələbə qazanıb. "Qarabağ" rəqibini keçərsə, tarix yazacaq. Belə ki, Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşəcək.

AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti