Zabit Səmədov revanş görüşündə qalib gəldi - Video

Zabit Səmədov revanş görüşündə qalib gəldi - Video
  24 Avqust 2017    Oxunub:2099
Azərbaycanlı kikboksçu Zabit Səmədov növbəti qələbəsini qazanıb.
AzVision.az xəbər verir ki, Çeçenistan paytaxtı Qroznıda Z.Səmədovun rəqibi hollandiyalı Errol Tsimmerman olub. Çeçenistanın birinci prezidenti Axmat Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir çərçivəsində baş tutan revanş görüşü zamanı Z.Səmədov qalib gəlib.

Qeyd edək ki, 2008-ci ildə Avropa Qran-prisinin finalında baş tutan görüş zamanı hakimlər qələbəni Hollandiya idmançısına vermişdi.



AzVision.az



Teqlər: Zabit-Səmədov  





Xəbər lenti