İbrahimoviç yenidən “MY”da: “Başladığımı bitirmək üçün...”

İbrahimoviç yenidən “MY”da: “Başladığımı bitirmək üçün...”
  24 Avqust 2017    Oxunub:1924
İngiltərənin “Mançester Yunayted” klubu isveçli hücumçu Zltana İbrahimoviçlə yenidən bir illik müqavilə imzalayıb. AzVision.az xəbər verir ki, klubun yaydığı məlumatda qeyd olunur ki, İbrahimoviç 10 nömrəli forma ilə çıxış edəcək.
“Biz çox şadıq ki, Zlatan sağalma yolundadır və eyni zamanda şadıq ki, onun ambisiya və təcrübəsi bizə geri döndü. Ötən mövsüm ki, iştirakından sonra o bizim inamımıza layiqdir və biz səbirlə onun geri qayıtmasını gözləyəcəyik. Şübhə etmirəm ki, o mövsümün ikinci yarısında bizim üçün çox önəmli olacaq”, - deyə “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo bildirib.

Zlatan İbrahimoviç isə başladığını bitirmək üçün geri döndüyünü bildirib: “Mən Old Traffordaa qayıdacağım günü gözləyə bilmirəm. Lakin mən eyni zamanda bilirəm ki, mənə hazır olduğuma əmin olmaq üçün müəyyən qədər vaxt lazımdır. Mən meydana mümkün olan ən yaxşı formada geri qayıtmaq üçün xeyli çalışmışam və bundan sonra çalışacağam”.

Qeyd edək ki, İbrahimoviç 2016/17 mövsümündə meydana çıxdığı 46 oyunda 28 qol vura bilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: MY   Mancester-Yunayted   İbrahimoviç  





Xəbər lenti