“Qarabağ”ın rəqibləri bilindi – “Çelsi”, “Roma”

“Qarabağ”ın rəqibləri bilindi – “Çelsi”, “Roma”
  25 Avqust 2017    Oxunub:12792
Monako şəhərində UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, artıq Azərbaycan tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində təmsil olunan "Qarabağ"ın rəqibləri müəyyənləşib.

Ağdam komandası C qrupuna düşüb. "Qarabağ" rəqibləri “Çelsi” (İngiltərə), “Atletiko” (İspaniya) və “Roma” (İtaliya) klublarıdır.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turunun görüşləri sentyabrın 12-13-də keçiriləcək. Qrup mərhələsinə dekabrın 5-6-da keçirilən oyunlarla yekun vurulacaq.



***

UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilir.

AzVision.az-ın məlumatına görə, püşkatma nəticəsində Azərbaycan futbol komandası "Qarabağ"ın də rəqibləri bilinəcək.

Qrup mərhələsinin səbətləri

I səbət

“Real”
“Bavariya”
“Çelsi”
“Yuventus”
“Benfika”
“Monako”
“Spartak” (Moskva)
“Şaxtyor”

II səbət

“Barselona”
“Atletiko”
PSJ
“Borussiya” (Dortmund)
“Sevilya”
“Mançester Siti”
“Porto”
“Mançester Yunayted”

III səbət

“Napoli”
“Tottenhem”
“Bazel”
“Olimpiakos”
“Anderlext”
“Roma”
“Beşiktaş”
“Liverpul”

IV səbət

“Seltik”
“Qarabağ”
APOEL
“Sportinq”
MOİK (Moskva)
“Feyenord”
“Maribor”
“Leypsiq”

AzVision.az


Teqlər: UEFA   Qarabağ  





Xəbər lenti