Avropanın ən yaxşı futbolçusu bəlli oldu

Avropanın ən yaxşı futbolçusu bəlli oldu
  25 Avqust 2017    Oxunub:1591
Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı 2016/2017-ci illər mövsümündə Avropanın ən yaxşı futbolçusunun adı bəlli olub.
AzVision.az xəbər verir ki, “Real Madrid”in hücumçu Kriştianu Ronaldu “Yuventus”un qapıçısı Canluici Buffon, “Barselona”nın kapitanı Lionel Messini üstəyərək qalib elan olunub.

Kriştianu Ronalduya UEFA-ın xüsusi mükafatları təqdim olunub.

Ən yaxşı qapıçı nominasiyasında "Yuventus"un qolkiperi Canluici Buffon qalib olub. Ən yaxşı müdafiəçi adına Madrid "Real"ının kapitanı Serxio Ramos layiq görülüb. Luka Modriç isə keçən mövsümün ən yaxşı yarımmüdafiəçisi seçilib.

AzVision.az




Teqlər: UEFA  





Xəbər lenti