Olimpiya Stadionu ilə bağlı təklifə "Qarabağ"dan cavab

Olimpiya Stadionu ilə bağlı təklifə "Qarabağ"dan cavab
  25 Avqust 2017    Oxunub:22136
"Qarabağ"ın Çempionlar Liqasında qrup mərhələsinə yüksəlməsi azarkeşlər tərəfindən sevinclə qarşılanır. Oyunlara marağın böyük olacağını nəzərə alan azarkeşlər görüşlərin Bakı Olimpiya Stadionunda keçirilməsini təklif edirlər.
“Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov azarkeşlərin təklifləri ilə bağlı AzVision.az-a bildirib ki, “Qarabağ”ın Çempionlar Liqasındakı ev oyunları Bakı Olimpiya Stadionunda deyil, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Qeyd edək ki, C qrupunda yer alan "Qarabağ"ın ilk oyunu "Çelsi"yə qarşı olacaq. Qrupun sonuncu oyunu isə dekabrın 5-də İtaliyanın paytaxtında keçiriləcək:

12 sentyabr
"Çelsi" (İngiltərə) - "Qarabağ"

27 sentyabr
"Qarabağ" - "Roma" (İtaliya)

18 oktyabr

"Qarabağ" - "Atletiko" (İspaniya)

31 oktyabr

"Atletiko" - "Qarabağ"

12 noyabr

"Qarabağ" - "Çelsi"

5 dekabr

"Roma" - "Qarabağ"

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti