“Qarabağ”-ın səfərdə oynayacağı stadionlar bəlli oldu

“Qarabağ”-ın səfərdə oynayacağı stadionlar bəlli oldu
  25 Avqust 2017    Oxunub:1945
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində Ağdamın “Qarabağ” komandasının səfər oyunlarını keçirəcəyi stadionlar müəyyənləşib.
AzVision.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, “C” qrupunda çıxış edəcək “Qarabağ” komandası rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

“Qarabağ” oktyabrın 31-də “Atletiko Madrid”in yeni arenası “Vanda Metropolitano” stadionunda meydana çıxacaq. Sentyabrın 12-də isə İngiltərənin paytaxtı Londondakı 42 mindən çox azarkeş tutumlu “Stemford Bric” stadionunda “Çelsi” komandası ilə üz-üzə gələcək.

Ağdam təmsilçisi dekabrın 5-də sonuncu oyunda İtaliyanın paytaxtındakı 72 minlik “Olimpiko” stadionunda “Roma”nın qonağı olacaq.

Qeyd edək ki, “Qarabağ” komandası sentyabrın 27-də İtaliyanın “Roma”, oktyabrın 18-də İspaniyanın “Atletiko Madrid” və noyabrın 22-də İngiltərənin “Çelsi” klubları ilə Bakıda görüşəcək. Oyunların hamısı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

AzVision.az


Teqlər: UEFA   Çempionlar-Liqası  





Xəbər lenti