Hacı Əliyev finala çıxdı

Hacı Əliyev finala çıxdı
  25 Avqust 2017    Oxunub:3190
Güləşçimiz Hacı Əliyev Parisdə keçirilən güləş üzrə dünya çempionatının finalına yüksəlib.
AzVision.az xəbər verir ki, 61 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionu Hacı Əliyev 1/16 finalda qırğızıstanlı Alibek Osmonov (8:0), 1/8 finalda Yaponiya təmsilçisi Rinya Nakamura (10:1), 1/4-də isə slovakiyalı idmançı Mikola Bolotnyuku (10:0)məğlub edib.

Yarımfinalda Kuba güləşçisi Yovlis Bonne Rodrigesi məğlub edən H.Əliyev finala yüksəlib. Əliyev finalda Rusiya güləşçisi Hacımurad Rəşidovla mübarizə aparacaq.

Xatırladaq ki, dünya çempionatında yığmamıza hələlik yeganə - bürünc medalı yunan-Roma güləşçimiz Elvin Mürsəliyev (80 kq) qazandırıb.

AzVision.az


Teqlər: Güləş   Hacı-Əliyev  





Xəbər lenti