“Qarabağ” bəzi şirkətləri məhkəməyə verəcək - Bəyanat

“Qarabağ” bəzi şirkətləri məhkəməyə verəcək - Bəyanat
  26 Avqust 2017    Oxunub:4232
Azərbaycan çempionu, Ağdamın “Qarabağ” klubu bəyanat yayıb.
Bəyanatda son vaxtlar bəzi şirkətlərin komandanın loqosundan ticari məqsədlər üçün istifadə etdiyi, ancaq bu hüququn yalnız klubun sponsoru “Azersun Holdinq”ə məxsus olduğu qeyd edilib.

Bəyanatda deyilir: “Qarabağ” FK-nın Azərbaycan futbol tarixində görünməmiş uğura imza ataraq Çempionlar Liqasının qrup mərhələsinə yüksələrək bütün ölkədə böyük sevincə səbəb olub. İnsanların kütləvi şəkildə öz sevinclərini müxtəlif şəkildə göstərməsini məmnuniyyətlə qarşılayır və buna səbəb olmağın qürurunu ifadə edirik. Amma çox təəssüf edirik ki, bəzi şirkətlər xalqın ümumi sevgisindən öz ticari maraqları üçün istifadə edərək “Qarabağ”ın adından, loqotipindən yararlanırlar. Bildirmək istəyirik ki, “Qarabağ” FK loqo və brendindən istifadə etmək hüququ sadəcə klubun sponsoru "Azersun Holdinq"ə məxsusdur. Klub loqosu və brendindən icazəsiz olaraq reklam xarakteri paylaşımlar, bildirişlərə qarşı hüquqi prosedur başladılacaqdır”.

AzVision.az


Teqlər: QarabağFK  





Xəbər lenti