Nazirlik Ququşun ittihamlarına cavab verəcək

Nazirlik Ququşun ittihamlarına cavab verəcək
  28 Avqust 2017    Oxunub:4866
Mədəniyyət və Turizm Nazirliyi əfsanəvi müğənni Ququşun (Faiqə Atəşin) Azərbaycanda konsert verməsinə qadağa qoyulması ilə bağlı ittihamlarına cavab verəcək.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, bununla əlaqədar qurum tərəfindən açıqlama hazırlanır, gün ərzində nazirliyin saytında məlumat yerləşdiriləcək.

Qeyd edək ki, İslam inqilabından sonra İranı tərk etmiş Ququş Azərbaycanda konsert verə bilməməsinə görə Mədəniyyət və Turizm Nazirliyini günahlandırıb. Ququş iddia edib ki, sözügedən nazirlik tərəfindən onun Bakıda konsert verməsinə qadağa qoyulub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Nazirlik   Ququş  





Xəbər lenti