Norveç-Azərbaycan oyununu polşalılar idarə edəcək

Norveç-Azərbaycan oyununu polşalılar idarə edəcək
  28 Avqust 2017    Oxunub:1629
2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç–Azərbaycan oyununun hakimləri açıqlanıb.
AzVision.az AFFA-ya istinadla xəbər verir ki, matçı polşalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Daniel Stefanski olacaq. Ona həmyerliləri Robert Marcin Boniek və David Golis kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bartosz Frankovski yerinə yetirəcək.

Matçın hakim-inspektoru Jones Peter (İngiltərə), komissarı isə Nicolae Camelia (Rumıniya) olacaq.

Qeyd edək ki, Norveç-Azərbaycan oyunu sentyabrın 1-də Oslo şəhərində keçiriləcək.

AzVision.az


Teqlər: Norveç   Azərbaycan   futbol  





Xəbər lenti