Cüdoçumuz dünya ikincisi oldu - Yenilənib

Cüdoçumuz dünya ikincisi oldu - Yenilənib
  29 Avqust 2017    Oxunub:2396
Cüdoçumuz Orxan Səfərov Budapeştdə keçirilən dünya çempionatında ikinci olub.
AzVision.az xəbər verir ki, təmsilçimiz finalda yaponiyalı Naohişa Takato ilə qarşılaşıb. Görüşdə məğlub olan O.Səfərov gümüş medalla kifayətlənib.

***

Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında mübarizə aparan Orxan Səfərovun (60 kq) final mərhələsindəki rəqibi müəyyənləşib.

İdmançımızın həlledici qarşılaşmadakı rəqibi çexiyalı Pavel Petrikovaya qalib gələn 2013-cü ilin dünya və son Asiya çempionu yaponiyalı Naohişa Takato olacaq.

O.Səfərov “Rio-2016”da bürünc uğrunda döyüşdə məğlub olduğu rəqibindən revanş almağa çalışacaq.

AzVision.az


Teqlər: Cüdo   Orxan-Səfərov  





Xəbər lenti