AFFA “Qarabağ”ı cərimələyib

AFFA “Qarabağ”ı cərimələyib
  29 Avqust 2017    Oxunub:1963
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının III turunda baş verənlər müzakirə olunub. “Neftçi” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub.

“İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində meydan sahiblərini azlıqda qoyan Tərlan Quliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması 1 oyunluq cəza ilə nəticələnib. Paytaxt klubu 200 manat ziyana düşüb.

“Qarabağ” – “Qəbələ” matçının 69-cu dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün Ağdam klubu 1600 manat cərimələnib.

AzVision.az


Teqlər: AFFA   Qarabağ  





Xəbər lenti