Rüstəm Orucov dünya ikincisi oldu - Yenilənib

Rüstəm Orucov dünya ikincisi oldu - Yenilənib
  31 Avqust 2017    Oxunub:4928
Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında təmsilçimiz Rüstəm Orucov finalda yaponiyalı Soiçi Haşimoto ilə qarşılaşıb.
73 kiloqram çəki dərəcəsində yarışan Orucov rəqibinə uduzaraq ikinci yerlə kifayətlənməli olub.

***

Avropa çempionu Hidayət Heydərov Yaponiya idmançısı Soiçi Haşimoto ilə yarımfinal görüşündə məğlub olub.

Cüdoçumuz bürünc medal uğrunda mübarizədə iştirak edəcək.

Olimpiya mükafatçısı Rüstəm Orucov (73 kq) dünya çempionatının yarımfinalında Koreya Respublikasından olan idmançı Çanqrim Anı ipponla məğlub edərən finala çıxıb.

R.Orucov finalda yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gələcək.

***

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında daha 4 cüdoçumuz mübarizəyə başlayıb.

AzVision.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan hər iki cüdoçumuz yarımfinala yüksəlib.Rüstəm Orucov 1/8 finalda tacikistanlı Behruzi Xojazodanı cərimə xalları ilə məğlub edib. Avropa çempionumuz 1/4 finalda çinli Saiyinjiriqalanı ipponla məğlub edərək yarımfinala çıxıb.Orucov yarımfinalda cənubi koreyalı Çanqrim Anla qarşılaşacaq.

Eyni çəkidə mübarizə aparan digər cüdoçumuz Hidayət Heydərov 1/8 finalda rumıniyalı Alexandru Raykunu, 1/4 finalda isə rusiyalı Denis Yartsevi ipponla məğlub edərək yarımfinala yüksəlib. Heydərov yarımfinalda yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gələcək.

***
73 kq çəki dərəcəsində yığmamız 2 cüdoçu ilə təmsil olunur. Rüstəm Orucov yarışa 1/32 finaldan başlayıb. Olimpiya mükafatçımız bu mərhələdə Akil Qyakovu (Kosova) məğlub edib. Orucov ikinci görüşündə Pyer Dupratla güləşib və ona da qalib gəlib.

73 kq çəki dərəcəsində mübarizəyə başlayan Hidayət Heydərov 1/32 finalda Ahmed əl-Meziati (Mərakeş) ipponla məğlub edib. İkinci görüşündə rumıniyalı Aleksandru Rayku ilə qarşılaşan Heydərov bu dəfə də vaxtından əvvəl qələbə qazanıb.

Xanım cüdoçularımızın hər ikisi ilk görüşdə məğlub olub.

***
Cüdoçularımız mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.

73 kq çəki dərəcəsində Avropa çempionu Hidayət Heydərov 1/32 finalda Mərakeş təmsilçisi Ahmed əl-Meziati ilə qarşılaşacaq. Eyni çəkidə ölkəmizi təmsil edən cüdoçu Rüstəm Orucov - Akil Qyakova (Kosova) / Xavyer Ramires (İspaniya) cütünün qalibi ilə mübarizə aparacaq.

Qadın cüdoçularımızdan 57 kq çəki dərəcəsində Səkinə Zayirova 1/32 finalda Slovakiya cüdoçusu Viktoriya Mayorosova ilə yarışacaq. Daha bir xanım cüdoçumuz İçinxorlo Munxtsedev 1/32 finalda Xayone Ekuisoayn (İspaniya)ilə qarşılaşacaq.

Qeyd eədk ki, ilk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları saat 18:00-da başlayacaq.

AzVision.az


Teqlər: Cüdo  





Xəbər lenti