Avropanın ən gözəl 10 voleybolçusu - FOTOSESSİYA

 Avropanın ən gözəl 10 voleybolçusu - FOTOSESSİYA
  12 Sentyabr 2013    Oxunub:2381
Almaniya və İsveçrədə keçirilən Avropa çempionatında 10 ən gözəl voleybolçunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, uğursuz çıxışı ilə qrupda qalan Azərbaycan millisinin üzvləri bu siyahıya düşə bilməyiblər.

Lakin rusiyalı həmkarlarımızın ustalığından həzz alıb, gözəlliyinə görə seçdiyi voleybolçular arasında ölkəmizdə çıxış edəni var. Bu, ötən mövsümü “Azərreyl”də keçirib, yeni ildən “İqtisadçı”nın şərəfini qoruyacaq Manon Flierdir. 29 yaşlı, 192 sm boya malik hollandiyalı legioner siyahıda 4-cü yerdədir.

Oyununa, gözəlliyinə və seksuallığına görə ilk “onluğa” Flierin yığmadakı komanda yoldaşı Laura Dikyema başçılıq edir. İkinci yerdə Avropa çempionatında Azərbaycan millisinə “quru hesabla” qalib gələn Rusiya millisinin üzvü Natalya Obmoçayeva sahib çıxıb. “Üçlüyü” isə serbiyalı Yovana Brakoçeviç qapayır.

Sonrakı yerləri (5-10) müvafiq olaraq, Martina Quidci (İtaliya), Tatyana Koşelyeva (Rusiya), Sanya Popoviç (Xorvatiya), Milena Radeçka (Polşa), Yelena Havelkova (Çexiya), Neslihan Darnel (Türkiyə) tuturlar.

Qeyd edək ki, Radeçka da Flierlə birgə 2012/2013 mövsümün “Azərreyl”də keçirib və Super Liqanı gümüş medalla bitirib. Lakin polşalı toppaylayıcı yeni ildə Azərbaycanda oynamayacaq.

Qalereya




Teqlər:





Xəbər lenti