Millinin formasında dəyişiklik edilib

Millinin formasında dəyişiklik edilib
  30 Avqust 2017    Oxunub:1353
Futbol üzrə Azərbaycan milli komandasının formasında dəyişiklik edilib.
AFFA-dan AzVision.az-a verilən məlumata görə, yığmamızın formasına Azərbaycan bayrağı əlavə olunub.

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində yığmamızın üzvləri Norveçlə səfər, San-Marino ilə evdə keçirəcəyi matçlara göy rəngli formada çıxacaqlar.

Qeyd edək ki, Norveçlə matç sentyabrın 1-də "Ullevaal" stadionunda, San-Marino ilə qarşılaşma sentyabrın 4-də "Bakcell Arena"da keçiriləcək.

AzVision.az


Teqlər: AFFA   Futbol  





Xəbər lenti