Millimiz Norveç səfərində

Millimiz Norveç səfərində
  01 Sentyabr 2017    Oxunub:2507
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
AzVision.az-ın məlumatına görə, C qrupunda yer alan yığmamız səfərdə Norveç komandasının qonağı olacaq.

Oslonun “Ulleval” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi hazırda 7 xalla qrupun dördüncüsüdür. Qrupa 18 xalla Almaniya başçılıq edir. Şimali İrlandiya 13 xalla ikinci, Çexiya yığması isə 9 xalla üçüncüdür. Komandamızdan 3 xal geri qalan Norveç beşinci, hesabında 0 xal olan San-Marino millisi isə sonuncudur.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti