Ramil Şeydayev rəsmən “Qarabağ”da

Ramil Şeydayev rəsmən “Qarabağ”da
  01 Sentyabr 2017    Oxunub:4731
“Qarabağ” millimizin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.
AzVision.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Müqaviləylə “Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında Ağdam komandasında keçirəcək.

Qeyd edək ki, 21 yaşlı hücumçu “Zenit” Futbol Klubunun yetirməsi olub və peşəkar karyerasına bu klubda başlayıb. Ötən yayda “Trabzonspor”a transfer olunan Şeydayev qışda icarə əsasında Slovakiya “Jilina”sında keçib.

Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən Avropa çempionatının 12 qolla bombardiri olub.

AzVision.az


Teqlər: Qarabağ   Ramil-Şeydayev  





Xəbər lenti