Pedro Enrike “Qarabağ”a keçdi

Pedro Enrike “Qarabağ”a keçdi
  01 Sentyabr 2017    Oxunub:4712
Yay "transfer pəncərəsi”nin son günündə "Qarabağ” növbəti futbolçu transferini həyata keçirib.
AzVision.az klubun Facebook səhifəsinə istinadən xəbər verir ki, Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında Azərbaycan təmsilçisinin heyətində keçirəcək.

27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir.

Qeyd edək ki, daha öncə İsveçrənin "Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə Fransanın "Renn” klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.

AzVision.az


Teqlər: Qarabağ   Pedro-Enrike  





Xəbər lenti