Millimiz Norveçə məğlub oldu - Yenilənib

Millimiz Norveçə məğlub oldu - Yenilənib
  02 Sentyabr 2017    Oxunub:2050
Norveç-Azərbaycan oyunu başa çatıb. Görüşdə Norveç millisi 2:0 hesabı ilə qalib gəlib.
***

Matçın 60-cı dəqiqəsində millimizin üzvü Rəşad Sadıqov avtoqolla yadda qalıb.

***

Oyunun 32-ci dəqiqəsində Norveç millisi hesabı açıb. Azərbaycan millisinin qapısına təyin olunmuş penalti zərbəsini Coşua Kinq dəqiq yerinə yetirib.

Görüşün ilk hissəsi Norveç millisinin minimal üstünlüyü ilə başa çatıb.

***
(22:45)

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.

C qrupunda yer alan yığmamız səfərdə Norveç komandasının qonağıdır. Qarşılaşma Oslonun “Ulleval” stadionunda keçirilir.

Azərbaycan millisinin start heyəti:

1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 9. Namiq Ələsgərov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (kap.), 16. Cavid Hüseynov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 3. Maqomed Mirzabekov, 7. Araz Abdullayev, 8. Renat Dadaşov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 18. Təmkin Xəlilzadə, 19. Rahid Əmirquliyev, 21. Tərlan Quliyev, 22. Əfran İsmayılov

Qeyd edək ki, Azərbaycan millisi hazırda 7 xalla qrupun dördüncüsüdür. Qrupa 18 xalla Almaniya başçılıq edir. Şimali İrlandiya 13 xalla ikinci, Çexiya yığması isə 9 xalla üçüncüdür. Komandamızdan 3 xal geri qalan Norveç beşinci, hesabında 0 xal olan San-Marino millisi isə sonuncudur.

AzVision.az


Teqlər: Milli   Futbol  





Xəbər lenti